Afrikada BMT sülhməramlısı öldürülüb

Afrikada BMT sülhməramlısı öldürülüb Bakı. 18 noyabr. REPORT.AZ/ BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.
Digər ölkələr
218
18 Noyabr , 2018 04:55
Afrikada BMT sülhməramlısı öldürülüb

Bakı. 18 noyabr. REPORT.AZ/ BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə missiyanın məlumatlarına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslər cümə günü axşam MINUSCA-nın Qbambiya yaşayış məntəqəsi ərazisində yerləşən obyektinə hücum ediblər.

Sülhməramlı toqquşma zamanı yaralanıb və sonradan aldığı yaralardan xəstəxanada keçinib.

Qeyd edilir ki, baza ərazisində hərbi əməliyyatlar 45 dəqiqə ərzində davam edib.

Bundan əvvəl Mərkəzi Afrika Respublikasında (MAR) atışma nəticəsində azı 37 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi