Afrika ölkəsində daşqın və torpaq sürüşmələri azı 176 nəfərin həyatına son qoyub

Afrika ölkəsində daşqın və torpaq sürüşmələri azı 176 nəfərin həyatına son qoyub Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində son sutkada azı 176 nəfər ölüb.
Digər ölkələr
6 May , 2023 04:15
Afrika ölkəsində daşqın və torpaq sürüşmələri azı 176 nəfərin həyatına son qoyub

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Cənubi Kivu əyalətində güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində son sutkada azı 176 nəfər ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə cümə günü əyalət qubernatoru Teo Nqvabice Kasi məlumat verib.

“Ölənlərlə yanaşı, itkin düşənlər də var. Axtarış-xilasetmə işləri davam edir”, - əyalət rəhbəri bilgiləndirib.

Konqonun “Radio Okapi” radiostansiyası bildirib ki, mayın 4-ü axşam saatlarında Cənubi Kivu əyalətinin bir sıra ərazilərində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubi kəndlərində qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.

Bu həftənin əvvəlində KDR ilə qonşu olan Ruandada güclü leysan yağışları 120 nəfərdən çox insanın ölümünə səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi