ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib

ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib, çünki Tokionun Tomahawk qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin uçuş məsafəsinin artırılması yolu ilə əks-hücum qabiliyyəti
Digər ölkələr
23 Yanvar , 2023 06:47
ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina edib

Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edib.

"Report" xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, rəsmi Vaşinqton hesab edir ki, Tokionun “Tomahawk” qanadlı raketlərinin yerləşdirilməsi və mövcud Tip 12 raketlərinin mənzilinin artırılması əks-hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir.

Bundan əlavə ABŞ Yaponiyada, ilk növbədə bu cür silahların yerləşdirilməli olduğu ərazilərin sakinləri tərəfindən anlaşma əldə etməyin mümkün olacağına şübhə edir.

Buna baxmayaraq, Çinin hərbi potensialının güclənməsi ilə əlaqədar qüvvələr balansı dəyişərsə, Amerikanın orta mənzilli raketlərinin Yaponiyada yerləşdirilməsi ilə bağlı müzakirələr bərpa oluna bilər.

Son xəbərlər

Orphus sistemi