ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Kemp Deviddə keçirilən üçtərəfli sammitdən sonra üç ölkə arasında əməkdaşlıqda böyük irəliləyişin olduğunu bildiriblər.
Digər ölkələr
18 Avqust , 2024 06:42
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri əməkdaşlıqda böyük irəliləyişi qeyd ediblər

ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Kemp Deviddə keçirilən üçtərəfli sammitdən sonra üç ölkə arasında əməkdaşlıqda böyük irəliləyişin olduğunu bildiriblər.

"Report"un məlumatına görə, bu barədə onların Ağ Evin saytında dərc olunmuş birgə bəyanatında deyilir.

Dövlət başçılarının bəyanatda qeyd edilir ki, bu il onlar ilk dəfə birgə hərbi təlimlər keçirib, təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni üçtərəfli çərçivə sazişi imzalayıb və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə qarşıdurmada müəyyən irəliləyiş əldə ediblər.

“Biz Yaponiya, Koreya Respublikası (KR) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) liderləri, tarixi zirvə görüşümüzdən bir il sonra üçtərəfli əməkdaşlığımızda böyük irəliləyişi qeyd edirik”, - bəyanatda deyilir.

Dövlət liderləri həmçinin regional məsələlər üzrə məsləhətləşmələrin keçirilməsinə və təhlükəsizlik, iqtisadiyyat, texnologiyanın inkişafı və səhiyyə sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi