ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib Artilleriya mərmiləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə kompleksləri üçün döyüş sursatları ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək.
Digər ölkələr
3 İyul , 2024 23:59
ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib

Artilleriya mərmiləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə kompleksləri üçün döyüş sursatları ABŞ-nin Ukraynaya yeni hərbi yardım paketinə daxil ediləcək.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu, Baydenin aprel ayında Milli Təhlükəsizlik Qanununa düzəlişi imzaladığı gündən indiyədək Ukraynaya kömək üçün icazə verdiyi yeddinci təhlükəsizlik yardım paketidir.

Paketə həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya qoşunlarını və şəhərlərini Rusiyanın hava hücumlarından müdafiəsinə kömək etmək üçün “Patriot” və NASAM hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə qurğuları almaq üçün istifadə edəcəyi yeni maliyyə də daxildir.

Məlumata görə, paket ABŞ Prezidentinin Ukraynanın qısamüddətli ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların hərbi anbarlarından silah, sursat və texnikanın çıxarılması səlahiyyəti çərçivəsində təqdim edilib.

Son xəbərlər

Orphus sistemi