ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib

ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq ikinci dəfə Alabamada azotla edam həyata keçirilib.
Digər ölkələr
27 Sentyabr , 2024 07:14
ABŞ tarixində ikinci dəfə Alabamada azotla edam həyata keçirilib

ABŞ tarixində metodun tənqid olunmasına baxmayaraq Alabamada ikinci dəfə azotla edam həyata keçirilib.

"Report"un məlumatına görə, bu barədə hökmün icrasını müşahidə edən "Associated Press" agentliyi xəbər yayıb.

ABŞ vətəndaşı, 59 yaşlı Alan Yugin Miller edam edilib. O, 1999-cu ildə üç nəfərin qətlinə görə ölüm cəzasına məhkum edilib. “Mən burada olmaq üçün heç nə etməmişəm”, - o deyib.

Edam zamanı məhkuma nəfəs maskası vasitəsilə azot verilir ki, bu da hipoksiyaya və nəticədə ölümə səbəb olur. Alabama ştatı artıq 2022-ci ildə Millerə qarşı ölüm hökmünü icra etməyə çalışıb, lakin həkimlər ona öldürücü iynə vura bilməyiblər.

Xatırladaq ki, yanvar ayında Alabama ştatında 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yugin Smit azot qazı ilə edam olunub. O zaman BMT və Aİ bu edam üsulunu tənqid edib və demokratların nəzarətində olan Ağ Ev edamdan dərin narahatlığını bildirib.

Son xəbərlər

Orphus sistemi