ABŞ Suriyada 20-yə yaxın "Əl-Qaidə" yaraqlısını məhv edib
Digər ölkələr
- 05 yanvar, 2017
- 22:46
Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri 1 və 3 yanvar tarixlərində Suriyanın şimal-şərqində yerləşən İdlib əyalətinə aviazərbələr endirməklə təqribən 20 "Əl-Qaidə" silahlısını məhv ediblər.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk məlumat verib.
"Təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində "Əl-Qaidə" yaraqlılarına silsilə dəqiq zərbələr endirib", - deyə Kuk bildirib.
O qeyd edib ki, yanvarın 1-də terrorçuların iki avtomobilinə zərbə endirilib, nəticədə 5 yaraqlı zərərsizləşdirilib. Yanvarın 3-də isə terrorçuların komanda məntəqəsi kimi fəaliyyət göstərən düşərgəyə zərbə endirilib. Burada isə 15-dən çox terrorçu məhv edilib.
Son xəbərlər
18:26
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
Xarici siyasət18:22
Foto
İlham Əliyevlə Cey Di Vensin məhdud tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Xarici siyasət18:21
Qırğızıstan Prezidenti yanında Dövlət Mühafizə Xidməti yaradılıb
Region18:17
Azərbaycan güləşçisi: "Növbəti yarışlarda bürünc mükafatı qızıl medalla əvəz etmək istəyirəm"
Fərdi18:13
Makron növbəti həftə Hindistana səfər edəcək
Digər ölkələr18:07
Bakıda daha bir marşrut üzrə avtobuslar yenilənib
İnfrastruktur18:05
Foto
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib - YENİLƏNİB-2
Hadisə18:02
Foto
Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir
İnfrastruktur17:55