ABŞ qitələrarası ballistik raketlərin sınaq buraxılışını həyata keçirəcək

ABŞ qitələrarası ballistik raketlərin sınaq buraxılışını həyata keçirəcək ABŞ ordusu gələn həftə, 4 və 6 iyun tarixlərində “Minuteman III” qitələrarası ballistik raketlərinin iki sınaq buraxılışını həyata keçirəcək.
Digər ölkələr
2 İyun , 2024 02:28
ABŞ qitələrarası ballistik raketlərin sınaq buraxılışını həyata keçirəcək

ABŞ ordusu gələn həftə, 4 və 6 iyun tarixlərində “Minuteman III” qitələrarası ballistik raketlərinin iki sınaq buraxılışını həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı məlumat yayıb.

“Qitələrarası ballistik raket sınaqlarının buraxılış proqramının məqsədi ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və milli nüvə çəkindiriciliyi vasitələrinin öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir”, – bəyanatda deyilib.

Buraxılışlar Kaliforniya ştatındakı Vandenberq poliqonunda həyata keçiriləcək.

“Minuteman III” raketi “Boeing” tərəfindən hazırlanıb və 1970-ci ildə inventara verilib. Maksimum uçuş məsafəsi 15 min km-dir. Raketin döyüş başlığı ilə uzunluğu 18 m-dən çoxdur, o, gücü 0,3-0,6 Mt olan birdən üçə qədər döyüş başlığı daşıya bilər.

Son xəbərlər

Orphus sistemi