ABŞ prezidentinin namizədi nazir postundan imtina edib

ABŞ prezidentinin namizədi nazir postundan imtina edib O, “Hardee's and Carl's” restoranlar şəbəkəsinin İdarə Heyətinin sədridir
Digər ölkələr
16 Fevral , 2017 10:08
ABŞ prezidentinin namizədi nazir postundan imtina edib

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ prezident Donald Trampın əmək naziri postuna namizədliyini irəli sürdüyü Endrü Pazder bu təklifdən imtina etməyə məcbur olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Endrü Pazder atdığı addımı şəxsi həyatına və işgüzar fəaliyyətinə yönəlmiş tənqidlərlə əlaqələndirib.

O, “Hardee's and Carl's” restoranlar şəbəkəsinin İdarə Heyətinin sədridir.

“Ailəmlə apardığım müzakirələr və danışıqlardan sonra əmək naziri vəzifəsinə namizədliyimi geri çəkirəm”, - deyə o, yazdığı imtina ərizəsində vurğulayıb.

Endrü Pazder ABŞ prezidenti Donald Trampın nazir olmaqdan imtina edən ilk namizədidir. 

Son xəbərlər

Orphus sistemi