ABŞ Prezidentinin doğum gününü necə keçirəcəyi açıqlanıb

ABŞ Prezidentinin doğum gününü necə keçirəcəyi açıqlanıb ABŞ Prezidenti Cozef Bayden ad gününü noyabrın 20-də ailəsi ilə birgə qeyd etmək niyyətindədir.
Digər ölkələr
19 Noyabr , 2022 04:34
ABŞ Prezidentinin doğum gününü necə keçirəcəyi açıqlanıb

ABŞ Prezidenti Cozef Bayden ad gününü noyabrın 20-də ailəsi ilə birgə qeyd etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

“Birinci ledi bazar günü Prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlanması ilə məşğul olacaq. Adətən bunu Şükran Günündən əvvəl - çərşənbə günü qeyd edirlər. Lakin həftəsonu ailəsi burada olacağı üçün onun bunu birbaşa ad günündə qeyd etmək imkanı olacaq”, - Ağ evin mətbuat katibi jurnalistin sualını cavablandırıb.

Qeyd edək ki, noyabrın 20-də Cozef Baydenin 80 yaşı tamam olacaq. Şükran Günü isə noyabrın 24-də qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi