​ABŞ prezidenti Avropa səfərini planlaşdırıldığından tez başa vuracaq

Digər ölkələr
  • 09 iyul, 2016
  • 00:16
​ABŞ prezidenti Avropa səfərini planlaşdırıldığından tez başa vuracaq

Bakı. 9 iyul. REPORT.AZ/ABŞ prezidenti Barak Obama Avropa səfərini planlaşdırılandan bir gün tez başa vuracaq.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Coşua Ernest bu haqda jurnalistlərə açıqlamasında gələn həftənin əvvəli hadisə baş verən şəhərə gedəcəyini bildirib.

Onun sözlərinə görə, buna səbəb iyulun 8-də ölkənin Texas ştatının Dallas şəhərində 5 polisin ölümü ilə nəticələnən kütləvi atışmadır.

C.Ernest deyib ki, Barak Obama Dallasın meri Maykl Roulinqs tərəfindən şəhərə dəvət edildiyindən bazar günü, iyulun 10-da axşam Avropa səfərini başa vuraraq, ora yola düşəcək.

Xatırladaq ki, iki nəfər Dallasda polis zorakılığına qarşı keçirilən nümayişlər zamanı asayişi qoruyan polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində iki mülki vətəndaş, 7 polis əməkdaşı da yaralanıb.