ABŞ ordu arsenalına yeni "yer-hava" raketləri daxil edir

ABŞ ordu arsenalına yeni "yer-hava" raketləri daxil edir Raketlərin təchizatı 2019-cu ilin əvvəlinə planlaşdırılır
Digər ölkələr
28 İyun , 2018 11:20
ABŞ ordu arsenalına yeni yer-hava raketləri daxil edir
DefPost
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Tezliklə ABŞ ordusunun arsenalına "Lockheed Martin" şirkəti tərəfindən hazırlanan "Joint Air-to-Ground Missile" (JAGM) "yer-hava" sinfinə aid ən yeni raketlər daxil ediləcək.

Bu barədə "Report" RBK-ya istinadən xəbər verir.

Qeyd olunur ki, 2631 raket ordunun arsenalına əlavə ediləcək, onlar "Lockheed Martin"in istehsalı olan, 1982-ci ildən etibarən istehsal olunan və köhnəlmiş "AGM-114 Hellfire"ləri əvəz edəcək.

Raketlərin təchizatı 2019-cu ilin əvvəlinə planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi