ABŞ-nin Suriyadakı bazası raket atəşinə tutulub

Digər ölkələr
  • 24 mart, 2024
  • 18:49
ABŞ-nin Suriyadakı bazası raket atəşinə tutulub

“İraq İslami Müqavimət Hərəkatı”nın dəstəsi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Hərrab əl-Cəir aerodromuna raket hücumu həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı bildirib.

Qeyd olunub ki, aerodrom ərazisində bir neçə güclü partlayış baş verib.