ABŞ-nin bir neçə ştatında Milli Qvardiya hazır vəziyyətə gətirilib

ABŞ-nin bir neçə ştatında Milli Qvardiya hazır vəziyyətə gətirilib Noyabrın 5-də keçiriləcək prezident seçkiləri zamanı iğtişaş riski ilə əlaqədar bir neçə Amerika ştatında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.
Digər ölkələr
4 Noyabr , 2024 07:50
ABŞ-nin bir neçə ştatında Milli Qvardiya hazır vəziyyətə gətirilib

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri zamanı iğtişaş riski ilə əlaqədar bir neçə Amerika ştatında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Vaşinqton və Oreqon ştatlarında səsvermə qutularının yandırılması yüzlərlə bülletenin zədələnməsinə səbəb olub. Bu ştatların qubernatorları əmin ediblər ki, qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək.

Vaşinqton qubernatoru Cey İnsli seçkilərdə təhlükəsizliyə təhdidlərin yüksək olaraq qaldığını və iqtidarın mümkün iğtişaşlara hazır olduğunu bildirib. Oxşar tədbirlər Oreqonda da görülüb, burada qubernator Tina Kotek təhlükəsiz səsvermənin vacibliyini vurğulayıb və dinc etirazlara çağırış edib.

Ötən həftə Nevada qubernatoru Co Lombardo da Milli Qvardiyanın 60 hərbçisinin seçkilərin təhlükəsiz və sakit keçirilməsini təmin etmək üçün hazır vəziyyətdə olduğunu elan edib.

Bundan əvvəl Vaşinqton ştatının Milli Qvardiyasının prezident seçkiləri dövründə yerli hüquq-mühafizə orqanlarına təhlükəsizliyin qorunmasında kömək edəcəyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi