ABŞ Nigerlə əməkdaşlığı dayandıra bilər

Digər ölkələr
  • 29 iyul, 2023
  • 01:47
ABŞ Nigerlə əməkdaşlığı dayandıra bilər

ABŞ baş vermiş çevrilişlə bağlı Nigerlə əməkdaşlığı dayandıra bilər.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, əmindir ki, Niger Prezidenti Məhəmməd Bazumunun hakimiyyətdən uzaqlaşdırmaq cəhdi ABŞ-ın bu ölkənin hökuməti ilə əməkdaşlığını təhlükə altına qoyur:

“Xüsusilə, hərbi çevriliş ABŞ-ı Nigerlə təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı dayandırmağa məcbur edə bilər”.

Onun sözlərinə görə, ABŞ hələ ki, Nigerdəki hərbçilərini çıxarmaq fikri yoxdur:

“ABŞ qoşunlarına gəlincə, heç bir dəyişiklikdən xəbərim yoxdur. Bildiyimə görə, orada mindən bir qədər çox hərbçimiz var. Və hazırda bununla bağlı hər hansı dəyişiklikdən xəbərim yoxdur. Amma yenə də deyirəm, bu mövzu ilə bağlı ABŞ Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq daha yaxşıdır”.