ABŞ KXDR-lə münaqişənin hərbi yolla həllini istisna etmir

ABŞ KXDR-lə münaqişənin hərbi yolla həllini istisna etmir Herbert Makmester: "Amma bu seçimdən istifadə etmək istəməzdik"
Digər ölkələr
16 Sentyabr , 2017 00:59
ABŞ KXDR-lə münaqişənin hərbi yolla həllini istisna etmir
Courtesy image

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-da Koreya Xalq Demokratik Respublikası ilə münaqişənin hərbi yolla həllini istisna etmirlər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmester jurnalistlər üçün keçirdiyi konfransda bildirib.

O, bildirib ki, əvvəl olduğu kimi Şimali Koreya məsələsinin hərbi yolla həlli məsələsi gündəmdədir. Amma ABŞ bu seçimdən istifadə etmək istəməzdi və Birləşmiş Ştatlarda bütün mümkün diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə üstünlük verirlər.

"Biz bütün diplomatik və iqtisadi vasitələrdən fəal şəkildə istifadə edirik. Dediyimiz kimi, sanksiyalar təsir etməyə başlayıb. Bunun üçün zaman lazımdır. Biz diplomatik yanaşmalarımızla seçimlərin tükənməsinə yaxınlaşmışıq. Hərb yolu əvvəlki kimi seçimdir, amma biz ondan istifadə etmək istəməzdik", - deyə o, jurnalistlərin əgər sanksiyalar və diplomatik yolla təzyiqlər Pxenyana kifayət qədər effektiv təsir etməsə, ABŞ və dünya ictimaiyyəti nə edəcək sualını cavablandırarkən deyib. 

Son xəbərlər

Orphus sistemi