ABŞ KXDR-in hərbi casus peyki ilə bağlı BMT Təhlükəsizlik Şurasını çağırıb

ABŞ KXDR-in hərbi casus peyki ilə bağlı BMT Təhlükəsizlik Şurasını çağırıb Amerika Birləşmiş Ştatları KXDR-in hərbi kəşfiyyat peykini yenidən orbitə çıxarmaq niyyətlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Digər ölkələr
2 İyun , 2023 03:37
ABŞ KXDR-in hərbi casus peyki ilə bağlı BMT Təhlükəsizlik Şurasını çağırıb

Amerika Birləşmiş Ştatları KXDR-in hərbi kəşfiyyat peykini yenidən orbitə çıxarmaq niyyətlərini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.

Şimali Koreyanın mayın 31-də orbitə hərbi casus peyki çıxarmaq cəhdi uğursuz alınıb. Lakin Pxenyan lazımi düzəliş tədbiri görəcəyini və tezliklə ikinci buraxılışı həyata keçirəcəyini bildirib.

Vaşinqton bu cür səyləri pisləyərək bildirib ki, KXDR ballistik raket texnologiyasından istifadə edir və bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur, regionda və onun hüdudlarından kənarda təhlükəsizlik vəziyyətinin sabitliyini pozmaq riski yaradır.

"Şimali Koreyanın təhlükəli və sabitliyi pozan nüvə və raket proqramları regionda sülh və sabitliyi təhdid edir", - ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

BMT Təhlükəsizlik Şurasının iclasını ABŞ Albaniya, Ekvador, Fransa, Yaponiya, Malta və Böyük Britaniya ilə birgə çağırıb.

Son xəbərlər

Orphus sistemi