Yuxarı
    Bağlamaq

    ​ABŞ Kubanın 36 şirkətini sanksiya siyahısından çıxarıb

    Həmin siyahıya ofisləri Almaniya, İspaniya, Ekvador və Yamaykada yerləşən firmalar da daxil edilib

    Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyi Kubanın 36 şirkətini, 21 fiziki şəxsini və üç gəmisini sanksiya siyahısından çıxarıb.

    "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

    Sanksiya siyahısından çıxarılan şirkətlərin çoxu Panamada qeydiyyatdan keçən, Kuba ilə güclü ticarət əlaqəsi olan müəssisələridir.

    Həmin siyahıya ofisləri Almaniya, İspaniya, Ekvador və Yamaykada yerləşən firmalar da daxil edilib.

    Qeyd edək ki, bu ilin martında Kubanın 29 şirkəti, 11 gəmisi və 6 fiziki şəxsi sanksiya siyahısından çıxarılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi