Amerika və İsrail kəşfiyyat məlumatları Qəzzadakı Əl-Əhli xəstəxanasında baş verən partlayışda Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl dediyi kimi 500 deyil, “onlarla” insanın həlak olduğunu göstərir.
“Report” xəbər verir ki, bu barədə
Onun sözlərinə görə, kəşfiyyat xidməti İsrailin xəstəxanaya hücum etmədiyinə əmindir.
“Qəzza zolağından atılan raket xəstəxananın üzərinə deyil, xəstəxananın yanına düşüb. Neçə nəfərin öldüyünü dəqiq bilmirik, İsrail də hələ bilmir. Amma bizim və İsrailin kəşfiyyatı göstərir ki, onların sayı uzağı onlarla ölçülür”, – deyən kəşfiyyat nümayəndəsi bunun da faciə olduğunu vurğulayıb.
Xatırladaq ki, daha öncə “Guardian” Əl-Əhli xəstəxanasındakı partlayışla əlaqədar araşdırma aparıb.