ABŞ-ın Luiziana ştatında qasırğadan əziyyət çəkənlərin sayı 40 nəfərə çatıb

Digər ölkələr
  • 09 fevral, 2017
  • 04:53
ABŞ-ın Luiziana ştatında qasırğadan əziyyət çəkənlərin sayı 40 nəfərə çatıb

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatında baş verən fırtına nəticəsində zərər çəkənlərin sayı təqribən 40 nəfərə çatıb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, 80-dən çox insan gecəni sığınacaqlarda keçirib.

Qubernator Con Bel Edvards ştatda fövqəladə vəziyyət elan edib və vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

"Bu, çox təhlükəlidir. Elektrik naqilləri qırılıb, telefon və işıq dirəkləri yollara aşıb. Hər yerdə metal qırıntıları var, biz isə yolları boş saxlamalıyıq", - deyə qubernator bildirib.

44 filmi