ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CİSA) və Federal Təhlükəsizlik Bürosu (FTB) İran hökumətini haker qrupunu himayə etməkdə günahlandırıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CİSA məlumat yayıb.
Bildirilib ki, iranlı hakerlər bu ilin aprelində ABŞ-ın adı açıqlanmayan federal hökumət agentliyinin şəbəkəsinə müdaxilə edib, kriptovalyuta generasiya proqramı quraşdıraraq şəbəkə şifrələrini oğurlayıblar.
"Bu ilin aprel ayında ABŞ-ın hökumət şəbəkələrindən birində şübhəli aktivlik qeydə alınıb. Hakerlər daxili şəbəkədə həssas "VMware Horizon Virtual Desktop" (VDI) serverinə giriş əldə ediblər. Daha sonra cinayətkarlar izləmə və kriptovalyuta mayninqi üçün proqram təminatı quraşdırıblar", - məlumatda deyilir.