ABŞ-ın Delaver ştatındakı həbsxanada baş vermiş qiyam yatırılıb

Digər ölkələr
  • 02 fevral, 2017
  • 17:55
ABŞ-ın Delaver ştatındakı həbsxanada baş vermiş qiyam yatırılıb

Bakı. 2 fevral. REPORT.AZ/ ABŞ-ın Delaver ştatının polisi Smirn şəhərindəki həbsxanada məhbuslar tərəfindən girov götürülmüş şəxsi azad etməyə nail olub.

"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər verib. 

Məlumata görə, nəzarətçi yerli xəstəxanaya çatdırılıb. Daha bir girov həbsxananın binasında ölü tapılıb. 

Dəqiqləşdirilmiş məlumata görə, qiyam zamanı 4 nəfər girov götürülüb. Məhbuslar onlardan ikisini buraxıblar.  

44 filmi