ABŞ-ın büdcəsi martın 9-da açıqlanacaq

ABŞ-ın büdcəsi martın 9-da açıqlanacaq ABŞ Prezidenti Cozef Bayden martın 9-da kəsiri azaltmağa yönəlmiş ölkə büdcəsini dərc edəcək.
Digər ölkələr
3 Mart , 2023 23:05
ABŞ-ın büdcəsi martın 9-da açıqlanacaq

ABŞ Prezidenti Cozef Bayden martın 9-da kəsiri azaltmağa yönəlmiş ölkə büdcəsini dərc edəcək.

“Report” xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“Prezident büdcəni cümə axşamı günü açıqlayacaq. Bu, Prezidentin ailələr üçün qiymətləri aşağı salmaq, sosial müdafiə və tibbi yardımı gücləndirmək və kəsiri azaltmaqla ölkəyə necə investisiya qoymağı planlaşdırdığını göstərir”, - ABŞ administrasiyasının rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi