ABŞ-ın birinci Milad küknarı işıqsız qalıb

ABŞ-ın birinci Milad küknarı işıqsız qalıb Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ hökumətinin fəaliyyətini dayandırması səbəbindən Ağ evin qarşısındakı geniş çəmənlikdə qurulan ölkənin birinci Milad küknarı üzərindəki çllçıraqlar yanmır.
Digər ölkələr
24 Dekabr , 2018 13:50
ABŞ-ın birinci Milad küknarı işıqsız qalıb
AP
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ hökumətinin fəaliyyətini dayandırması səbəbindən Ağ evin qarşısındakı geniş çəmənlikdə qurulan ölkənin birinci Milad küknarı üzərindəki çllçıraqlar yanmır.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, cümə günü küknar ağacına dırmaşan naməlum şəxs tərəfindən xarab edilən elektrik çılçıraqların təmiri müşkülə düşüb. Polisin dediyinə görə, “duyğu pozuntusu” halında olan həmin şəxs polislə aparılan söhbət nəticəsində ağacdan yerə düşməyə razı salındıqdan sonra psixi müayinə üçün xəstəxanaya aparılıb.

“Hökumətin fəaliyyəti qismən dayandırıldığı müddətdə Ağ evin ziyarətçilər mərkəzi və Milad küknarının qurulduğu çəmənlik bağlı olacaq”, – Milli Park Xidmətinin məlumatında qeyd olunur.

Xatırladaq ki, ötən həftə Senatdakı demokrat millət vəkilləri ilə Prezident Donald Tramp hökuməti Meksika sərhədində divar inşası ilə bağlı fikir ayrılıqları ucbatından federal hökumətin maliyyələşdirilməsinin uzadılması barədə razılığa gələ bilmədiyindən hökumət fəaliyyətini ən azı dekabrın 27-dək qismən dayandırıb.

Son xəbərlər

Orphus sistemi