Bakı. 20 avqust. REPORT.AZ/ Beynəlxalq antiterror koalisiyasının tərkibində olan ABŞ hərbçiləri rəsmi Bağdadın istəyi ilə İraqda qalacaqlar.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi, amerikalı polkovnik Şon Rayan Dubayda təşkil edilən mətbuat konfransında bildirib.
"Beynəlxalq koalisiya İraq hökumətinin istəyinə əsasən İraqda qalır", - Ş.Rayan deyib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşması ciddi rəqibdir, onların üzvlərinin sayı çoxdur, koalisiya İŞİD yaraqlılarına qarşı mübarizəni davam etdirəcək.