Bakı. 6 May. REPORT.AZ/ ABŞ Kuba ilə əlaqələrin normallaşması istiqamətində növbəti mühüm addıma imza atıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Vaşinqton son 50 ildə ilk dəfə olarak ABŞ-la Kuba arasında ticarət məqsədli bərə səfərlərinin təşkili layihəsinə dəstək verib.
"United Americas Shipping Services" şirkətinin rəhbəri Cozef Hinson Kubaya bərə əlaqəsinin təşkili üçün müvafiq lisenziyanı artıq əldə etdiyini bildirib.
Qeyd edək ki, bərə səfərlərinin başlanması üçün Kuba hökümətinin də icazəsinə ehtiyac var.
Xatırladaq ki, 2014-cü ilin dekabrında ABŞ prezidenti Barak Obama Kuba ilə əlaqələrin normallaşmasına dair bəyanatla çıxış edib.