Yuxarı

​ABŞ İŞİD-in ələ aldığı "könüllülər"ə xəbərdarlıq edib

Əgər İŞİD sizi ələ alıbsa, o zaman ət maşınına düşəcəksiniz

Bakı. 27 mart. REPORT.AZ/ ABŞ-ın hərbi aviasiyası İŞİD-in nəzarəti altında olan əraziyə bu terrorçu qruplaşmaya qarşı 60 minədək xəbərdarlıq vərəqəsi tullayıb.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Bildiriş vərəqələri əsasən "İslam Dövləti"nin "paytaxt" elan etdiyi Rakka şəhərinə səpələnib. Həmin vərəqələr "F-15E" qırıcıları vasitəsilə daşınıb.

Vərqələrdə "könüllülər"ə müraciət edilib: "Əgər İŞİD sizi ələ alıbsa, o zaman siz ət maşınına düşəcəksiniz. Bu isə sizin sağlığınıza zərərli olacaq".

Bildiriş mətninin yer aldığı kağızlarda İŞİD-in "ələalma mərkəzi"ndə "könüllülər"in iri ət maşınından keçirilməsinin illüstrasiyası da çəkilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi