Yuxarı
    Bağlamaq

    ​ABŞ İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib

    Con Kirbi ərəb koalisiyası tərəfindən qadağan olunmuş kasset bombasının tətbiq edilməsini heç cür şərh etməyib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi diplomatik nümayəndəlik binasına xaricdən zərər dəymədiyini bildirib.

    Kirbi ərəb koalisiyası tərəfindən qadağan olunmuş kasset bombasının tətbiq edilməsini isə heç cür şərh etməyib.

    Yanvarın 7-də İran Səudiyyə Ərəbistanını ölkənin Yəməndəki səfirliyinə aviazərbə endirməkdə ittiham edib. Məlumata görə, nəticədə diplomatik missiyanın bir neçə mühafizəçisi yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi