Bakı. 29 yanvar. REPORT.AZ/ Amerika tərəfi "Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən CNN telekanalı məlumat yayıb.
"Bu gün biz telekommunikasiya nəhəngi olan "Huawei" və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik", - deyə məlumatda bildirilir.
ABŞ
Bundan əlavə, Maliyyə Nazirliyi "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı da rəsmi ittiham irəli sürüldüyünü elan edib.