ABŞ hərbçilərinə kömək edən minə yaxın şəxs Əfqanıstandan çıxarılıb

ABŞ hərbçilərinə kömək edən minə yaxın şəxs Əfqanıstandan çıxarılıb Əfqanıstanda hərbi kampaniya zamanı Amerika əsgərlərinə kömək edən minə yaxın əfqan xüsusi immiqrasiya proqramı çərçivəsində artıq ABŞ-a təxliyə edilib.
Digər ölkələr
11 Avqust , 2021 06:41
ABŞ hərbçilərinə kömək edən minə yaxın şəxs Əfqanıstandan çıxarılıb

Əfqanıstanda hərbi kampaniya zamanı Amerika əsgərlərinə kömək edən minə yaxın əfqan xüsusi immiqrasiya proqramı çərçivəsində artıq ABŞ-a təxliyə edilib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsləri ABŞ-a gətirmək üçün altı aviareys həyata keçirilib:

“Xüsusi immiqrasiya proqramı çərçivəsində minə yaxın şəxsi və onların ailə üzvlərini köçürdük. 10 avqust tarixinə bu rəqəm 995-dir. Təhlükəsizlik baxımından ABŞ hakimiyyəti digər uçuşlarla bağlı planları açıqlamayacaq. Proqram çərçivəsində Virciniyadakı Fort-Li hərbi bazasına gətirilən əfqanların təxminən 60% -i yeni həyata başlamaq üçün artıq bu obyekti tərk ediblər”.

Son xəbərlər

Orphus sistemi