ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı şərtini açıqlayıb

ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı şərtini açıqlayıb ABŞ F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı şərtini açıqlayıb.
Digər ölkələr
22 Avqust , 2023 09:36
ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı şərtini açıqlayıb

“ABŞ-ın Ukraynaya F-16 qırıcı təyyarələri verməsi üçün Kiyev hakimiyyəti yerdə lazımi logistikanı təmin etməli və ukraynalı pilotlar ingilis dilini öyrənməlidir”.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün müavini Sabrina Sinq deyib.

O bildirib ki, təlimlər başa çatandan sonra Konqres F-16-ların Ukraynaya verilməsini təsdiqləyəcək, amma əvvəlcə sözügedən şərtlər yerinə yetirilməlidir: “ABŞ ukraynalı pilotların hazırlanmasına kömək etməyə hazırdır. Ukraynanın təlim üçün göndərəcəyi pilotların sayı ilə bağlı hələ qərar qəbul olunmayıb”.

Qeyd edək ki, ukraynalı pilotların hazırlanması proqramına Danimarka və Niderland rəhbərlik edir.

Xatırladaq ki, avqustun 20-də Niderland və Danimarka hökumətləri Kiyevə F-16 qırıcıları verəcəklərini açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar. Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya göndərməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi