Yuxarı

​ABŞ Əfqanıstandakı hərbi texnikasının çoxunu Pakistana verəcək

Pakistan tərəfi təqdim olunan siyahıdan vacib hərbi texnikanı artıq seçib

Bakı. 15 yanvar. REPORT.AZ/ Hərbçiləri Əfqanıstandan çıxarılandan ABŞ-ın bu ölkədəki hərbi texnikasının böyük bir hissəsi Pakistana veriləcək.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda Pakistan Respubilkasının Müdafiə Nazirliyindən bildirilib.

"ABŞ Əfqanıstandakı hərbçilərinin döyüş texnikasının siyahısının detallarını artıq Pakistanın Müdafiə Nazirliyinə təqdim edib. Pakistan tərəfi təqdim olunan siyahıdan özü üçün vacib hərbi texnikanı artıq seçib", - nazirlik təmsilçişi deyib.

Təqdim olunan siyahıdakı silah və texnika ilə bağlı konkret məlumat verilməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi