ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır

ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır ABŞ administrasiyası dünya ölkələrinin arsenallarında nüvə silahlarının sayına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını düşünür.
Digər ölkələr
2 Avqust , 2024 03:46
ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır

ABŞ administrasiyası dünya ölkələrinin arsenallarında nüvə silahlarının sayına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını düşünür.

“Report” xəbər verir ki, ABŞ-nin müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi vəzifəsini icra edən Vipin Naranq belə bir qiymətləndirmə ilə çıxış edib.

"Biz ABŞ-ın nüvə imkanlarını modernləşdirməklə və gələcəyə hazırlaşmaqla nüvə silahı arsenallarında heç bir məhdudiyyətin olmadığı bir dünyaya hazırlaşmalıyıq", - o, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində bir seminarda deyib.

"Nüvə hazırlığımıza düzəlişlər rəqiblərimizi strateji silahlara nəzarət danışıqlarında iştirak etməyə təşviq edə bilər", - Naranq deyib.

O əlavə edib ki, Vaşinqton bu sahədə uğurlu rəqabət aparmaq və yeni nüvə dövründə müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.

Son xəbərlər

Orphus sistemi