ABŞ dövlət katibi ilə Rusiya XİN başçısı arasında Helsinkidə görüş keçirilir

ABŞ dövlət katibi ilə Rusiya XİN başçısı arasında Helsinkidə görüş keçirilir Xarici siyasət qurumlarının rəhbərlərinin görüşü iki ölkə prezidentlərinin sammiti ilə paralel təşkil olunub
Digər ölkələr
16 İyul , 2018 15:36
ABŞ dövlət katibi ilə Rusiya XİN başçısı arasında Helsinkidə görüş keçirilir
RT

Bakı. 16 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Maykl Pompeo bu dəqiqələrdə Finlandiya paytaxtında danışıqlar aparırlar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Xarici siyasət qurumlarının rəhbərlərinin görüşü ölkə prezidentləri Vladimir Putin və Donald Trampın sammiti ilə paralel olaraq keçirilir.

Qeyd edək ki, bu, M.Pompeonun dövlət katibi vəzifəsinə təyin olunmasından sonra S.Lavrovla ilk şəxsi görüşüdür. Buna qədər nazirlər bir neçə dəfə telefonla danışıblar.

Son xəbərlər

Orphus sistemi