Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.
Digər ölkələr
4 May , 2024 13:12
Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.

"Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub.

Velosipedçi xəstəxanaya yerləşdirilib.

Onun kəllə-beyin travması aldığı ehtimal edilir.

Nazir spirtli içki və narkotik testindən keçib. Hər iki testin nəticəsi mənfi olub.

Son xəbərlər

Orphus sistemi