ABŞ diplomatı Rusiyanın Suriyaya qoşun göndərməsinə münasibət bildirib

ABŞ diplomatı Rusiyanın Suriyaya qoşun göndərməsinə münasibət bildirib "Terrorçuluğa qarşı mübarizə üçün Bəşşar Əsəd uyğun tərəfdaş deyil"
Digər ölkələr
30 Sentyabr , 2015 14:27
ABŞ diplomatı Rusiyanın Suriyaya qoşun göndərməsinə münasibət bildirib

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ və Rusiyanın birgə maraqları var. Mən sadəcə olaraq, təkrar edirəm ki, prezident Obama ilə prezident Putin görüşdə bunu razılaşdırıblar".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens Rusiya qoşunlarından xaricdə istifadə edilməsinə dair Federasiya Şurasının qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri Suriaydakı koalisiya qüüvələri ilə Rusiya hərbçiləri arasında anlaşılmazlığın yaranmaması üçün prosesin kordinasiya edilməsinin vacibliyini razılaşdırıblar: "Vaşinqtonun mövqeyi belədir: Bəşşar Əsəd Suriyada terrorçuluğa və ekstremizmə qarşı mübarizədə uyğun tərəfdaş deyil". 

Son xəbərlər

Orphus sistemi