ABŞ-də siyasi mübarizə sui-qəsd cəhdi ilə daha da qızğın xarakter alacaq - RƏY

ABŞ-də siyasi mübarizə sui-qəsd cəhdi ilə daha da qızğın xarakter alacaq - RƏY ABŞ prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi göstərir ki, seçkilər qızğın bir şəraitdə keçiriləcək.
Digər ölkələr
14 İyul , 2024 12:30
ABŞ-də siyasi mübarizə sui-qəsd cəhdi ilə daha da qızğın xarakter alacaq - RƏY

ABŞ prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi göstərir ki, seçkilər qızğın bir şəraitdə keçiriləcək.

Bunu “Report”a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Nəzərə almaq lazımdır ki, son prezident seçkiləri yüksək rəqabət şəraitində keçdi. Lakin bu sui-qəsd cəhdi Trampın əleydarlarının nə cür məkrli addımlar atmağa qadir olduğunu nümayiş etdirir. ABŞ tarixində bundan əvvəl də siyasi rəqibləri sui-qəsdlə aradan götürmək faktları var. 1963-cü ildə Con Kennedinin qətli də buna misaldır. Amma müasir dövrdə bunun baş verməsi ağlasığmazdır", - İ.Hüseynov bildirib.

Politoloq qeyd edib ki, baş verən hadisə ABŞ-də hüquq-mühafizə orqanlarının da səhlənkarlığını deməyə əsas verir:

"Trampı öldürmək istəyən şəxs əvvəlcədən hazırlıqlı olub, onun mitinqdə çıxışı başlayandan az sonra öz istəyini həyata keçirməyə çalışıb. Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirənlər Demokratların nümayəndələridirsə, bu, açıq şəkildə onun siyasi mübarizədə üstünlüyünü artırır. Zənnimcə, bu hadisə Trampın mövqeyi gücləndirəcək. Siyasi mübarizə sui-qəsd cəhdi ilə daha da qızğın xarakter alacaq".

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi