ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb

ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr
1 May , 2024 03:04
ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin Nyu-Meksiko ştatındakı Holloman aviabazasının yaxınlığında ABŞ Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 11:50 (Bakı vaxtı ilə 21:50) radələrində “Uayt Sends” milli parkının yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub. O, vaxtında katapult edib, ona tibbi yardım göstərilir. Onun sağlamlıq durumu barədə məlumat verilməyib.

Hadisənin baş vermə səbəbləri açıqlanmayıb. Telekanal vurğulayıb ki, bu son yarım ildə üçüncü F-16 qəzasıdır.

Son xəbərlər

Orphus sistemi