Vyetnam parlamenti sabah yeni prezident üçün səs verəcək

Vyetnam parlamenti sabah yeni prezident üçün səs verəcək Vyetnam Sosialist Respublikasının (SRV) parlamenti mayın 22-də ölkənin yeni prezidentinə səs verəcək.
Digər ölkələr
21 May , 2024 18:42
Vyetnam parlamenti sabah yeni prezident üçün səs verəcək

Vyetnam Sosialist Respublikasının (SRV) parlamenti mayın 22-də ölkənin yeni prezidentinə səs verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, nəticələr açıqlandıqdan sonra yeni prezident and içəcək və inauqurasiya nitqi ilə çıxış edəcək.

Məlumata görə, mayın 21-də Milli Məclisin daimi komissiyası prezidentliyə seçiləcək namizədlərin siyahısını deputatların müzakirəsinə təqdim edib.

Qeyd edək ki, Vyetnam Prezidenti Vo Van Txıonq mart ayında istefa verib.

Son xəbərlər

Orphus sistemi