AK Rusiya aktivlərindən əldə edilmiş gəlirlərin ilk müsadirə tarixini müəyyənləşdirib

AK Rusiya aktivlərindən əldə edilmiş gəlirlərin ilk müsadirə tarixini müəyyənləşdirib Avropa İttifaqının banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq.
Digər ölkələr
21 may 2024 18:14
AK Rusiya aktivlərindən əldə edilmiş gəlirlərin ilk müsadirə tarixini müəyyənləşdirib

Avropa İttifaqının banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib.

“İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, – AK diqqətə çatdırıb.

Xatırladaq ki, daha öncə Aİ Şurası hesablarında 1 milyon avrodan çox dondurulmuş Rusiya vəsaiti olan bütün maliyyə strukturlarının Rusiya aktivlərinin reinvestisiyasından əldə olunan gəlirin 90 faizini geri qaytarmalı olduğunu açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi