ABŞ-da veteranları öldürmüş tibb bacısına 7 ömürlük həbs cəzası verilib

ABŞ-da veteranları öldürmüş tibb bacısına 7 ömürlük həbs cəzası verilib Veteranların İkinci Dünya müharibəsində (1939-1945) və Koreya müharibəsində (1950-1953) iştirak etdiyi bildirilir
Digər ölkələr
12 May , 2021 10:08
ABŞ-da veteranları öldürmüş tibb bacısına 7 ömürlük həbs cəzası verilib

ABŞ-ın Qərbi Virciniya ştatında 7 müharibə veteranını insulinin təhlükəli dozası ilə öldürmüş tibb bacısı Reta Meysə 7 ömürlük həbs cəzası verilib.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, tibb bacısı 2017-ci ilin iyulundan 2018-ci ilin iyununadək Klarksburq şəhərində yaşı 81-dən 96-dək olan müharibə veteranlarına inyeksiya vasitəsilə insulinin ölümcül dozasını vurub.

Veteranların İkinci Dünya müharibəsində (1939-1945) və Koreya müharibəsində (1950-1953) iştirak etdiyi bildirilir.

Tibb bacısı həmçinin, daha bir nəfəri öldürməyə cəhddə günahlandırılıb.

Son xəbərlər

Orphus sistemi