ABŞ-ın Vaşinqton ştatında iki nəfərlik təyyarənin Sammamiş gölünə düşməsi nəticəsində bir nəfər ölüb.
"Report"un "The Seattle Times"a istinadən verdiyi məlumata görə, təyyarədə olan ikinci şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Nəşr qeyd edib ki, təyyarə gölün səthindən havaya qalxdıqdan dərhal sonra yüksəkliyi kəskin şəkildə itirməyə başlayıb. İlkin məlumata görə, söhbət ABŞ-da sayı 100-dən az olan “Seawind 3000-”dən gedir.
ABŞ-ın Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurası hadisənin başvermə şəraiti ilə bağlı araşdırmaya başlayıb.