ABŞ-da sürücü avtomobili izdihamın üstünə sürüb, 5 nəfər ölüb, 40 nəfər yaralanıb

ABŞ-da sürücü avtomobili izdihamın üstünə sürüb, 5 nəfər ölüb, 40 nəfər yaralanıb ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində Milad paradında sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, iyirmidən çox insan yaralanıb.
Digər ölkələr
22 Noyabr , 2021 10:23
ABŞ-da sürücü avtomobili izdihamın üstünə sürüb, 5 nəfər ölüb, 40 nəfər yaralanıb

ABŞ-ın Vinkonsin ştatında parad zamanı naməlum sürücünün avtomobili iştirakçıların üzərinə sürməsi nəticəsində 5 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Hadisə zamanı 40-dan çox insan yaralanıb.

08:15

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində Milad paradında avtomobilin izdihamı vurmasından sonra azı 28 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli xəstəxanaların nümayəndələrinə istinadən CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, yaralılardan üç nəfərin vəziyyəti kritik, dörd nəfərin vəziyyəti ağır, altı nəfərin vəziyyəti isə orta-ağırdır.

Məlumata görə, hadisə zamanı daha bir neçə nəfər ölüb. Şəhərin polis idarəsinin rəisi Den Tompson da insident nəticəsində bir neçə nəfərin öldüyünü bildirərək, hüquq-mühafizə orqanlarının hələlik ölənlərin dəqiq sayı barədə məlumatı açıqlamağa hazır olmadığını vurğulayıb.

İlkin olaraq 23 nəfərin 11 böyüyün və 12 uşağın xəstəxanalara çatdırıldığı bildirilirdi.

Polisin məlumatına görə, saat 16:39-da (Bakı vaxtı ilə bazar ertəsi saat 02:39) qırmızı rəngli avtomobil Uokeşada Milad paradının iştirakçılarını vurub. Polis onu saxlamağa müvəffəq olub.

Ağ Evin sözçüsü vurğulayıb ki, federal hakimiyyət Uokeşadakı vəziyyətin inkişafını yaxından izləyir. ABŞ Federal Təhqiqat Bürosunun Viskonsin bölməsi tvitterdə bildirib ki, onun əməkdaşları “standart təcrübənin bir hissəsi kimi yerli hüquq-mühafizə orqanlarını dəstəkləyir”.

06:48

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində Milad paradında sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, iyirmidən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə CBS 58 telekanalı polisə istinadən məlumat yayıb.

"Polisin məlumatına görə, Uoukeşdə keçirilən bayram paradında avtomobil izdihamın arasından keçərək 20-dən çox insan yaralanıb", - telekanal bildirib.

Bundan əvvəl yerli media bir neçə qurban barədə məlumat verib.

İnsanları vuran avtomobil tapılıb.

Polis hadisə yerinə yaxın ərazilərdə yaşayan sakinlərdən evlərini tərk etməməyi xahiş edib. Yerli Kerroll Universitetinin kampusu bağlanıb.

Son xəbərlər

Orphus sistemi