ABŞ-da planlaşdırılan terror aktının qarşısı alınıb

ABŞ-da planlaşdırılan terror aktının qarşısı alınıb Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.
Digər ölkələr
2 İyul , 2018 16:45
ABŞ-da planlaşdırılan terror aktının qarşısı alınıb
AFP 2018 / Suzanne Cordeiro
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

"Report" Amerika KİV-inə istinadən xəbər verir ki, terror iyulun 4-də - ABŞ-ın Müstəqillik Günündə həyata keçiriləcəkmiş.

Planlaşdırılan terror hadisəsi ilə əlaqədar bir nəfər həbs edilib. O, xaricdə terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Əməliyyatın digər detalları Klivlenddə yerləşən FTB-nin qərargahında keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi