ABŞ-da konsertdə baş verən atışma nəticəsində iki nəfər ağır yaralanıb
Digər ölkələr
- 13 iyul, 2015
- 06:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyul. REPORT.AZ/ ABŞ-da Nyu-York şəhərinin Bruklin rayonunda baş verən atışma nəticəsində iki nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli hüquq-mühafizə orqanlarından bildiriblər.
Hadisə şəhər parkındakı Bruklin muzeyinin yaxınlığında, kiçik musiqi festivalı keçirilən yerdə baş verib.
Məlumata görə, yerli musiqi qruplarından biri çıxış edən zaman tamaşaçılar arasından bir nəfər atəş açaraq, 15 yaşlı iki yeniyetməni yaralayıb.
Ağır vəziyyətdə olan yaralılar xəstəxanaya aparılıb. Hələlik atəş açanın kimliyi məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır.
Son xəbərlər
11:26
Foto
Video
FHN Masazırda 5 avtomobilin yanması ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Hadisə11:23
"Real"ın müdafiəçisi Ferlan Mendi 5 aydan sonra məşqlərə başlayıb
Futbol11:14
"Level Leasing"in keçmiş səhmdarı valyuta mübadiləsi biznesinə qoşulub
Maliyyə11:06
Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək
Qarabağ11:05
Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər
Qarabağ11:05
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
Qarabağ11:04
Asiya Futbol Konfederasiyası Millətlər Liqasının təşkilini nəzərdən keçirir
Futbol10:51
Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
Xarici siyasət10:50