Yuxarı

​ABŞ-da İŞİD üzvü polisə 11 dəfə atəş açıb

Filadelfiya təhlükəsizlik idarəsinin rəisi: O, İŞİD üzvü olduğunu etiraf edib

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın Filadelfiya şəhərində 30 yaşlı kişinin açdığı atəş nəticəsində polis zabiti Cessi Harnet ağır yaralanıb.

"Report" "turkishny"ə istinadən xəbər verir ki, bu haqda Filadelfiya təhlükəsizlik idarəsinin rəisi Riçard Ross keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, polisə 11 dəfə atəş açan terrorçu İŞİD qruplaşmasının üzvüdür: "O, İŞİD üzvü olduğunu etiraf edib". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi