ABŞ-ın Yuta ştatının cənub-qərbində fərdi evdə 5 uşağın və 3 böyük şəxsin meyiti tapılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
İlkin məlumata görə, həmin şəxslər atışmanın qurbanı olublar.
Yerli hakimiyyət orqanları hadisənin hansı şəraitdə baş verdiyinin araşdırıldığını açıqlayıb. Cinayətkarın hadisə yerindən qaçdığı bildirilir.