ABŞ-da Barak Obamanın qızını təqib edən kişi saxlanılıb

ABŞ-da Barak Obamanın qızını təqib edən kişi saxlanılıb O, Maliya Obamaya evlilik təklifi etməyə çalışıb
Digər ölkələr
20 Aprel , 2017 13:21
ABŞ-da Barak Obamanın qızını təqib edən kişi saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ-ın məxfi xidmətinin əməkdaşları keçmiş prezidentin 18 yaşlı qızı Maliya Obamanı təqib edən və ona evlilik təklifi etməyə çalışan kişini saxlayıb. 

Report” xəbər verir ki, bu barədə "New York Daily News” qəzeti yazır.

Məlumata görə, bu, 30 yaşlı Nyu-York sakini Ceyl Nilton Kardoso əvvəllər də Ağ Evin ərazisinə girməyə cəhd göstərib.

Məxfi xidmətin əməkdaşları kişi ilə söhbət edəndən sonra onda psixi sağlamlıq problemlərinin olduğu qənaətinə gəliblər. Kardoso ekspertizadan keçmək üçün klinikaya göndərilib. Polis təcavüz haqqında cinayət işinin qaldırılıb-qaldırılmaması məsələsini nəzərdən keçirir. 

Son xəbərlər

Orphus sistemi