Yuxarı

ABŞ-da atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb

Kaliforniyanın San Bernardino şəhərindəki atışmada şübhəli bilinənlərin biri zərərsizləşdirilib, digəri yaralanıb

Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-da Kaliforniyanın San Bernardino şəhərində baş verən atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, atışma əqli pozğunluqdan əziyyət çəkən insanlara yardım göstərən "Inland" regional mərkəzində olub. Binadan daha öncə girov kimi saxlanılan 30 nəfər çıxıb.

Yerli polis şefinin sözlərinə görə, atışmada şübhəli bilinənlərin biri zərərsizləşdirilib, digəri yaralanıb.

Amma telekanal üçüncü şübhəlinin də olduğunu və onun hələ də azadlıqda gəzdiyini ehtimal kimi irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi