ABŞ-da atışma nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb - VİDEO

ABŞ-da atışma nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb - VİDEO Bakı. 4 iyul. REPORT.AZ/ Amerikanın Missuri ştatının Sent-Luis şəhərində yaşayış rayonlarının birində naməlum şəxs avtomobilin içindən tüfəngdən atəş açıb və nəticədə 1 nəfər yerində həlak olub.
Digər ölkələr
4 İyul , 2018 11:27
ABŞ-da atışma nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb - VİDEO
AP
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Amerikanın Missuri ştatının Sent-Luis şəhərində yaşayış rayonlarının birində naməlum şəxs avtomobilin içindən tüfəngdən atəş açıb və nəticədə 1 nəfər yerində həlak olub. 

Bu barədə "Report" Associated Press agentliyinə istinadən xəbər verir.

Belə ki, hadisə axşam saatlarında şəhərin şimal hissəsində baş verib. Atışma zamanı 5 nəfər - 2 kişi və 3 qadın yaralanıb. Kişilər ağır xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

Atəş açan yolsuzluq avtomaşınında olub və hadisə yerindən tezliklə aralanıb. 

Polis cinayətkarın yaxalanması üçün tədbirlər görür.

Son xəbərlər

Orphus sistemi